Kadırovun Latviyaya girişinə qadağa qoyuldu



Çeçenistan lideri Ramzan Kadırov və Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin “Serqey Maqnitski” işi ilə əlaqədar, Latviyaya girişi qadağan olunan şəxslərin siyahısına daxil edilib.
Oxu.Az “RİA Novosti”ə istinadən xəbər verir ki, bu barədə Latviya KİV məlumat yayılıb.
Bundan əvvəl fevralın 22-də Latviya xarici işlər naziri Edqar Rinkeviç öz Twitter hesabında, 49 şəxsin Latviyaya səyahətinin qadağan olunduğunu göstərən yazı paylaşmışdı.
Nazir bildirmişdi ki, qadağa Latviyanın miqrasiya qanunun 61-ci maddəsinin 2-ci hissəsi və baş nazirin 22 fevral tarixli qərarına uyğun olaraq seymin “Maqnitski işi” üzrə sanksiya çağırışı əsasında tətbiq olunub.

Yorumlar