Əfsanəvi hind aktrisası dünyasını dəyişdi

Əfsanəvi hind aktrisası dünyasını dəyişdi


Əfsanəvi hind aktrisası Şridevi 54 yaşında vəfat edib.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Dubayda əri, prodüser Boni Kapur və qızı ilə getdiyi toyda dünyasını dəyişib. 

Aktrisanın ürək tutmasından öldüyü bildirilir.
Hindistan prezidenti Ram Nath Kovind Şridevinin vəfatı ilə bağlı başsağlığı verib.
Qeyd edək ki, karyerası ərzində 265 filmdə çəkilən aktrisa “Kədərli hekayə”, “Hədiyyə”, “Çandni”, “Dələduz”, “Sevginin bir anı”  və digər ekran işlərində rol alıb.

Şridevi Kapurla 1996-cı ildə ailə qurub. Cütlüyün iki qızı var.
 

Yorumlar